RU

“Barselona” Bakıya gələ bilər

Ağdam təmsilçisi "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsini 22-ci yerdə başa vuraraq pley-offa yüksəlib.

Azərbaycan çempionunun pley-offun 1/16 və 1/8 mərhələlərindəki potensial rəqibləri məlum olub.

Belə ki, "Köhlən atlar" 1/16 final mərhələsində Fransanın PSJ və İngiltərənin "Nyukasl" klublarından birinə rəqib olacaq.

Komandamız bu mərhələni adlasa, 1/8 final mərhələsində İspaniya çempionu "Barselona" və dünya çempionu, Liqa mərhələsində Bakıda qonaq etdiyi "Çelsi" klublarından biri ilə qarşılaşacaq. Bu mərhələnin püşkatma mərasimi fevralın 27-də keçiriləcək.

Əlavə edək ki, pley-off mərhələlərində komandalar arasında ev və səfərdə keçirilməklə iki görüş baş tutur. "Qarabağ" da ev oyunlarını Bakıda keçirir.

Məlumat üçün bildirək ki, "Qarabağ" Liqa mərhələsini 10 xalla 22-ci yerdə tamamlayıb. Evdə "Kopenhagen" (2:0), "Çelsi" (2:2), "Ayaks" (2:4), "Ayntraxt"la (3:2) qarşılaşan region klubu "Benfika" (3:2), "Atletik" (1:3), "Napoli" (0:2) və "Liverpul" (0:6) səfərinə yollanıb.

Qeyd edək ki, Liqa mərhələsində 9-24-cü yerləri tutan komandaların mübarizə aparacağı 1/16 final mərhələsinin püşkatma mərasimi yanvarın 30-u Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. İlk oyunlar 17-18 fevral, cavab görüşləri isə 24-25 fevral tarixlərində baş tutacaq. Turnir cədvəlində daha aşağı pillədə yer alan komandalar ilk oyunu evdə, cavab matçını isə səfərdə keçirəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
19
5
olaylar.az

6Источники