ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fevralın 2-si saat 15:00-da Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Azərbaycan Toksikoloqlar Dərnəyinin birgə təşkilatçılığı ilə onlayn şəkildə zoom platforması üzərindən “Dəm qazı ilə zəhərlənmə: Diaqnostika və müalicə” mövzusunda vebinar keçiriləcək.
Vebinarda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev geniş təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.
Vebinar bütün ixtisaslı həkimlər və rezidentlər üçün nəzərdə tutulub.
Vebinarda iştirak ödənişsizdir.
Vebinarda iştirak üçün link: https://zoom.us/j/96655212238?pwd=nljWVFzPRxkXP0qqgUpPoILjhIjRmn.1
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.