RU

“Qarabağ”la oyunda tarixi rekorda imza atdı

“Liverpul”un futbolçusu Vircil van Deyk tarixdə Çempionlar Liqası matçında üç məhsuldar ötürmə edən ilk mərkəz müdafiəçisi olub.

Msport.az xəbər verir ki, van Deyk Çempionlar Liqasının əsas mərhələsinin son oyun günündə “Qarabağ”la matçda (6:0) üç məhsuldar ötürmə edib.

Van Deyk bu mövsüm Çempionlar Liqasında iki qol vurub və üç məhsuldar ötürmə edib.

“Liverpul” Çempionlar Liqasının ümumi turnir cədvəlində 18 xalla üçüncü yeri tutub. Komanda 1/8 finalda oynayacaq. “Qarabağ” isə 22-ci yeri tutub və pley-offda oynayacaq.

Избранный
62
1
msport.az

2Источники