RU

Azərbaycan "Qarabağ"ın məğlubiyyətindən də qazandı

BAKI, 29 yanvar. TELEQRAF

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyərək 26-cı sıraya yüksəlib.

Teleqraf xəbər verir ki, buna səbəb "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsini uğurla tamamlayaraq pley-offa vəsiqə qazanmasıdır.

Baxmayaraq ki, son turda "Liverpul"a 0:6 hesabı ilə uduzan “köhlən atlar” xal qazana bilməyib, pley-offa yüksəldikləri üçün ölkə aktivinə 0,187 bonus xalı əlavə olunub.

Azərbaycan hazırda 22,937 xalla 26-cıdır. 27-cı olan Sloveniyanın 22,843, 25–ci Ukraynanın isə 24,412 xalı var.

Избранный
32
1
teleqraf.com

2Источники