RU

Rusiyada “bakalavr” və “magistr” dərəcələri ləğv edilir


Bu il sentyabrın 1-dən etibarən Rusiya universitetlərində “bakalavr” və “magistr” dərəcələri ləğv ediləcək.
Yeniavaz.com
“RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Kseniya Qoryaçeva  bildirib.
Onun sözlərinə görə, bu dərəcələr baza və ixtisaslaşmış ali təhsillə əvəz olunacaq.
“Bakalavr-magistr” formulu əvəzinə, ixtisasdan asılı olaraq dörd ildən altı ilə qədər davam edən baza ali təhsil proqramı, həmçinin bir ildən üç ilə qədər davam edən ixtisaslaşmış ali təhsil proqramı tətbiq ediləcək”, - Dövlət Dumasının deputatı bildirib.
Siyasətçi izah edib ki, Bolonya Sisteminin əvəzolunma prosesi 2022-ci ildə başlayıb və keçid proqramı əvvəlcə Rusiyanın altı universitetində sınaqdan keçirilib. Bu təcrübə hazırda digər ali təhsil müəssisələrində də tətbiq olunur.
Deputat həmçinin magistr proqramlarına dövlət tərəfindən maliyyələşdirilən qəbulun qadağan olunduğunu da açıqlayıb. Parlament üzvü bildirib ki, bu məhdudiyyət yeni tədris ilindən etibarən aradan qaldırılacaq.
Избранный
75
5
yeniavaz.com

6Источники