RU

Qanunvericiliyə informasiya və kommunikasiya texnologiyaları ilə bağlı yeni anlayışlar gətirilir

Bakı. Trend:

Azərbaycanın cinayət-prosessual qanunvericiliyində yeni əsasanlayışlar müəyyənləşdiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Hüquqsiyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasındamüzakirə olunan Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsihaqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində cinayət-prosessual qanunvericiliyə aşağıdakıyeni anlayışların əlavə olunması təklif edilir:

  • informasiya və kommunikasiyatexnologiyaları sistemi (bundan sonra İKTsistemi) – proqram təminatı əsasında elektronverilənləri toplayan, saxlayan və avtomatik emal edən hər hansıqurğu və ya qarşılıqlı qoşulmuş və ya əlaqələndirilmiş qurğularqrupudur;
  • elektron verilənlər – faktların,məlumatların və ya anlayışların İKT sistemində emal üçün yararlıformada olan hər hansı təsviri, o cümlədən İKT sisteminin müəyyənfunksiya yerinə yetirməsini təmin edən proqramdır;
  • xidmət provayderi – göstərdiyixidmətlərin istifadəçilərini İKT sistemi vasitəsilə kommunikasiyaimkanı ilə təmin edən, yaxud belə kommunikasiya xidmətləri və yaxidmət istifadəçiləri üçün elektron verilənlərin emalını və yasaxlanılmasını həyata keçirən istənilən dövlət orqanı (qurumu),hüquqi və ya fiziki şəxsdir;
  • trafik verilənləri – kommunikasiyanınmənbəyini, təyinat yerini, marşrutunu, vaxtını, tarixini, ölçüsünü,müddətini və ya xidmətin növünü göstərən, kommunikasiya zəncirinintərkib hissəsini təşkil edən İKT sistemi tərəfindən yaradılan, İKTsistemi vasitəsilə həyata keçirilən kommunikasiya ilə əlaqəli olanhər hansı elektron veriləndir;
  • abunəçi məlumatları – trafik və yaməzmun verilənləri istisna olmaqla, istifadə edilən kommunikasiyaxidmətinin növü, bu xidmətə dair texniki təminat tədbirləri vəxidmətin göstərilmə müddəti, xidmət müqaviləsi və ya razılaşmasıəsasında əldə edilən abunəçinin şəxsiyyəti, poçt və ya coğrafiünvanı, telefon və digər əlaqə nömrəsi, hesablaşma və ya ödənişməlumatları, kommunikasiya avadanlıqlarının quraşdırıldığı yerlərhaqqında hər hansı məlumatları müəyyən etməyə imkan verən xidmətprovayderinin göstərdiyi xidmətlərin istifadəçiləri barədə xidmətprovayderində saxlanılan istənilən məlumatlardır;
  • məzmun verilənləri – abunəçiməlumatları və ya trafik verilənləri istisna olmaqla, şəkillər,mətn mesajları, səsli mesajlar, audioyazılar və videoyazılar dadaxil olmaqla İKT sistemi vasitəsilə ötürülən məlumatın mahiyyətiilə əlaqəli hər hansı elektron verilənlərdir.
Избранный
63
6
az.trend.az

5Источники