RU

Böyük Britaniyanın Azərbaycandakı səfiri “Qarabağ”a dəstəyini ifadə edib FOTO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı mübarizəsi ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

İdman.Biz xəbər verir ki, səfir etdiyi paylaşımda nəticədən asılı olmayaraq Ağdam təmsilçisinin əzmkarlıq və bacarıq nümayiş etdirdiyini vurğulayıb.

O bildirib ki, “Liverpul”la oyunun hesabından asılı olmayaraq “Qarabağ” növbəti mərhələdə yerini qazanıb və bu klubu UEFA Çempionlar Liqasında dəstəkləməkdən qürur duyduğunu qeyd edib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunda keçirilən “Liverpul” - “Qarabağ” oyunu meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

⚽️ @LFC ilə oyunun nəticəsindən asılı olmayaraq, əzmkarlığı və bacarığı sayəsində @FKQarabagh növbəti mərhələdə yerini qazandı ?Bu klubu @ChampionsLeague-də dəstəkləməkdən qürur duyuruq ? pic.twitter.com/Ytk6ftZIgJ

— FergusAuldFCDO (@FergusAuldFCDO) January 28, 2026

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
icma.az

2Источники