RU

Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 77-SN-535 qeydiyyat nişanlı "BYD" markalı avtomobilin sürücüsü nizamlanan piyada keçidində svetoforun siqnallarının tələbini pozub. O, sarı işığın yanmasına əhəmiyyət verməyərək hərəkətinə davam edib. Lakin bu hərəkət onu qabağa salmayıb. Videodan da aydın şəkildə görünür ki, sürücü keçiddən sonra tıxacda qalıb.

Qeyd edək ki, sarı işıq da qırmızı işıq kimi qadağanedici funksiya daşıyır. Sarı işıqda hərəkət edən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilərlər.

Fərid

Oxunub 284

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
avtosfer.az

1Источники