RU

Danimarka Qrenlandiyaya sovet istehsalı gəmi göndərib

Gəmidən üzən kazarma kimi istifadə olunacaq...

NATO-nun Arktikada keçirdiyi təlimlər çərçivəsində hərbçilərin yerləşdirilməsi üçün kruiz layneri icarəyə götürülüb.

Poliqon xəbər verir ki, Danimarka Silahlı Qüvvələri Qrenlandiyada NATO hərbçilərinin yerləşdirilməsi məqsədilə MS Ocean Endeavour kruiz laynerini icarəyə götürüb. Bild nəşrinin məlumatına görə, gəmi “Arctic Endurance” (“Arktik dözümlülük”) adlı genişmiqyaslı hərbi təlimlərdə iştirak edən şəxsi heyətin üzən kazarması kimi istifadə olunacaq. Təlimlərin əsas məqsədi Arktika bölgəsində əməliyyat hazırlığının saxlanılmasıdır və onlar 2026-cı ilin sonunadək davam edəcək.

Altı göyərtədən ibarət olan və arktik şərait üçün xüsusi gücləndirilmiş laynerin yanvarın 31-də Qrenlandiyanın paytaxtı Nuuk limanına çatacağı bildirilir. Fevralın əvvəlindən etibarən gəmidə 150 NATO hərbçisi yerləşdiriləcək. Danimarka Silahlı Qüvvələrinin nümayəndələri qeyd ediblər ki, gəminin icarəsi hərbçilər üçün lazımi yaşayış şəraitini təmin etməyə, eyni zamanda quruda müvəqqəti infrastrukturun yaradılmasına ehtiyacı aradan qaldırmağa imkan verir.

Qeyd olunur ki, bu gəmi 1982-ci ildə Polşada SSRİ-nin sifarişi ilə inşa edilib və əvvəlcə “Konstantin Simonov” adı ilə istismara verilib. 1988-ci ildə Almaniyada əsaslı təmir olunub. Layner üzgüçülük hovuzu, ticarət zonası və diskoteka ilə təchiz edilib. 1996-cı ilin may ayının sonunda Baltik Dəniz Gəmiçiliyi Şirkətinin borclarına görə Almaniyanın Kil limanında saxlanılıb və həmin ilin oktyabrında hərrac yolu ilə satılıb.

Poliqon.info

Избранный
17
poliqon.info

1Источники