RU

Public First: Trampın elektoratı ABŞ-nin digər ölkələrə hərbi müdaxiləsini dəstəkləyir...

Sorğu Tramp tərəfdarları arasında xarici hərbi əməliyyatlara dəstəyin artdığını göstərir...

ABŞ prezidenti Donald Trampın elektoratı arasında ölkənin xaricdə hərbi əməliyyatlar aparmasına dəstək əhəmiyyətli dərəcədə artıb.

Poliqon xəbər verir ki, bu nəticə Public First şirkətinin Politico nəşrinin sifarişi ilə keçirdiyi yeni rəy sorğusunun məlumatlarında əksini tapıb.

Araşdırmanın nəticələrinə görə, Donald Trampı dəstəkləyən seçicilərin 65 faizi ABŞ-nin xaricdə hərbi əməliyyat keçirməsi ehtimalını müsbət qiymətləndirir. Onlar arasında ən böyük dəstək İrana qarşı mümkün hərbi toqquşma ideyasına verilib — sorğuda iştirak edən Tramp tərəfdarlarının 50 faizi bunu dəstəkləyib. Bundan əlavə, respondentlərin 32 faizi Meksikada, 30 faizi Kolumbiyada, 28 faizi isə Kubada hərbi əməliyyatların mümkünlüyünü qəbul etdiyini bildirib. Qrenlandiyanın ələ keçirilməsi məqsədilə hərbi müdaxilə ideyasını isə Trampın tərəfdarlarının 21 faizi dəstəkləyib.

Sorğuda iştirak edən və sabiq vitse-prezident Kamala Harrisi dəstəklədiyini bildirən respondentlər arasında bu mövqelər daha zəifdir. Onların 18 faizi İrana qarşı güc tətbiqinin tərəfdarı olduğunu bildirib. Harrisin elektoratında 11 faiz ABŞ-nin Kolumbiya və Kubada, 10 faiz isə Meksikada hərbi əməliyyat aparmasını istədiyini deyib. Eyni zamanda, Kamala Harrisi dəstəkləyən seçicilərin 66 faizi Ağ Evin xarici problemlərə həddindən artıq fokuslanmasından narahatlıq ifadə edib.

Sorğuda ümumilikdə 2 mindən çox insan iştirak edib. Politico qeyd edir ki, tədqiqat 16–19 yanvar tarixlərində aparılıb. Bu dövr prezident Trampın Qrenlandiya ətrafında vəziyyəti gərginləşdirməsindən sonrakı günlərə təsadüf edib və onun NATO üzrə müttəfiqin ərazisini ələ keçirmək niyyətindən imtina etdiyini açıq şəkildə bəyan etməsindən əvvəl keçirilib.

Poliqon.info

Избранный
23
poliqon.info

1Источники