RU

Alibaba süni intellekt üçün öz çipini yaradıb

Alibaba korporasiyasının törəmə şirkəti olan yarımkeçirici istehsalçısı T-Head süni intellekt üçün nəzərdə tutulan yüksək məhsuldarlıqlı "Zhenwu 810E" çipini hazırlayıb.

APA xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.

Məlumata görə, bununla da Alibaba böyük dil modelləri, bulud xidmətləri və süni intellekt çiplərini əhatə edən tamhüquqlu İİ inkişaf imkanlarına sahib olub.

Zhenwu 810E çipi 96 GB HBM2e yaddaşla təchiz edilib və saniyədə 700 GB ötürmə qabiliyyəti təmin edir.

Qeyd edək ki, T-Head şirkəti Alibaba tərəfindən 2018-ci ildə təsis olunub və hesablama, eləcə də məlumatların saxlanılması üçün çiplərin hazırlanması ilə məşğuldur.

Избранный
24
4
apa.az

5Источники