RU

Prezident fərman imzaladı Cərimələr və həbs müddətləri artırıldı

ain.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev tarix və mədəniyyət abidələrini qəsdən məhv etməyə və ya korlamaya görə cəzaların sərtləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik edib.

Doğru.az xəbər verir ki, yeni qanuna görə:

Dövlət tərəfindən qorunan daşınar və ya daşınmaz mədəni sərvətlərə xeyli ziyan vuranlar ziyanın iki mislinədək cərimə və ya iki ilədək azadlığın məhdudlaşdırılması ilə cəzalanacaq.

Daşınar mədəni sərvətləri məhv edənlər ziyanın iki-üç mislinədək cərimə və ya üç ilədək azadlıqdan məhrum ediləcək.

Daşınmaz mədəni sərvətləri məhv edənlər ziyanın üç-beş mislinədək cərimə və ya üç-dən beş ilədək azadlıqdan məhrum olunacaq.

Cinayətlər təkrar törədildikdə, vəzifəli şəxs tərəfindən, qrup və ya fanatizm zəminində törədildikdə isə 4–8 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

“Xeyli miqdar” 3 min manatdan çox olan ziyan, “dövlət tərəfindən qorunan mədəni sərvətlər” isə mühafizə siyahısına daxil edilmiş əşyalar hesab olunur.

Qanun 2026-cı il fevralın 1-dən qüvvəyə minəcək.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
58
1
dogru.az

10Источники