Yazını böyüt
Yazını kiçilt
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Yunanıstanın PAOK klubunun UEFA Avropa Liqasının 8-ci turunun Fransa təmsilçisi “Lion”la oyununu təxirə salmaq xahişini rədd edib.
Hafta.az bildirir ki, bu barədə “Hellas Football” X sosial media platformasında məlumat verib. Oyun 29 yanvar cümə axşamı günü Fransanın Lion şəhərindəki “Groupama” stadionunda keçiriləcək.
27 yanvar çərşənbə axşamı günü PAOK azarkeşlərini daşıyan mikroavtobus qəzaya uğrayıb. 10 nəfəri daşıyan nəqliyyat vasitəsi Rumıniyada Fransaya gedən magistral yolda qarşıdan gələn yük maşını ilə toqquşub. Yeddi nəfər ölüb.