“Həmçinin, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihələrindən birinin Naxçıvan şəhərində reallaşdırılması nəzərdə tutulub. Yaşayış kompleksinin layihələndirilməsi artıq başa çatdırılmış və hazırda tikintiyə icazə icraatı ilə bağlı işlər yekunlaşmaq üzrədir”, - deyə açıqlamada qeyd olunub.
Sevinc İbrahimzadə / Metbuat.az