RU

Bu şəxslər cərimələnəcək

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna əsasən, Vəkillər Kollegiyasının (VK) üzvü olmayan şəxs tərəfindən özünə münasibətdə və ya təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunması qadağandır.

Publika.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasından bildirilib.

Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə edilən 30.12.2025-ci il tarixli dəyişikliyə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin gəlir əldə etmək məqsədilə "vəkil" sözündən istifadə etməsi inzibati məsuliyyətə səbəb olacaq.

Belə ki, VK-nın üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə özünə münasibətdə və ya təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Избранный
63
8
publika.az

9Источники