GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ İran əleyhinə mümkün preventiv hərbi əməliyyat ehtimalını istisna etmir. Ona görə də, Vaşinqton Yaxın Şərqdə hərbi iştirakını gücləndirməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Senatın Beynəlxalq Əlaqələr Komitəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda İran hakimiyyəti olduqca zəif vəziyyətdədir:
“Rejim hazırda indiyə qədər olduğundan daha zəifdir. Onların etirazçıların əsas tələblərini aradan qaldırmaq, üzləşdikləri problemləri həll etmək üçün heç bir real mexanizmi yoxdur. Bu problemlərin kökündə isə iqtisadiyyatın çökməsi dayanır”, – deyə Rubio vurğulayıb.
Dövlət katibi qeyd edib ki, etiraz dalğası müvəqqəti səngiyə bilər, lakin gələcəkdə yenidən alovlanacaq:
“Əgər bu rejim dəyişməyə və ya getməyə hazır deyilsə, o zaman İran xalqının haqlı və davamlı narazılıqlarını aradan qaldırmaq imkanı da yoxdur”.
Marko Rubio həmçinin bildirib ki, ABŞ İran tərəfindən yarana biləcək mümkün təhlükələrdən qorunmaq üçün Yaxın Şərqdə kifayət qədər hərbi qüvvəyə sahib olmalıdır.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.