RU

Taker Karlson ABŞ-ın dağılması riski barədə xəbərdarlıq edib



Amerikalı jurnalist Taker Karlson ABŞ-ın dağılma riskinin olduğunu və bunun ölkə daxilindəki iğtişaşların səbəb ola biləcəyinə inandığını bildirib. O, bu açıqlamanı özünün YouTube kanalında verib.
Karlsonun sözlərinə görə, ABŞ-da baş verənlər "hökumət strukturunun dağılması"nı göstərə bilər. Jurnalist Minneapolisdəki immiqrant əleyhinə basqınları və onların başlatdığı etirazları "xaos" adlandırıb.

"Biz hökumətin və bəlkə də bütün ölkənin sosial strukturunun dağılmasının şahidi oluruq. Bu, həyatımızın ən ciddi anlarından biridir. <...> Bu, baş verə biləcək ən pis şeydir. Xaos ölümə bərabərdir - insanların ölümü, zəiflərin ölümü, ölkənin ölümü", - deyə o bildirib.

Karlson daha əvvəl Venesuela prezidentinin tutulmasından sonra Ağ Evin artıq Rusiyanı tənqid etmək hüququ olmadığını bildirmişdi.

aia.az
Tərcümə şöbəsi



Избранный
11
aia.az

1Источники