Rusiya millisinin keçmiş hücumçusu Dmitri Bulıkin hesab edir ki, Azərbaycan komandası “Qarabağ” UEFA Çempionlar Liqasının hazırkı mövsümünün əsas kəşfidir
Publika.az xəbər verir ki, “Gazeta.ru” Bulıkinin sözlərini sitat gətirib:
“Qarabağ” əsas kəşfdir. Onların sirrini heç kim bilmir. Onların inanılmaz dərəcədə fədakarlığı var. Yəqin ki, onlara çox təzyiq göstərilmir, ona görə də xal qazana bilirlər”.