RU

Vətəndaş avtomobil aldığı "Changan"ın rəsmi servisindən şikayətçidirVİDEO

Bakı sakini kreditlə rəsmi servisdən aldığı avtomobilin 1 gün sonra istismara yararsız vəziyyətə düşdüyünü iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, Fuad Kərimov üzləşdiyi problemlə bağlı "Xəzər Xəbər"ə müraciət edib.

Dediyinə görə, "Changan"ın rəsmi servisindən 2025-ci ildə avtomobil alıb. Aldıqdan bir gün sonra avtomobildə ciddi problemlərin olduğu məlum olub.

Müsahibimiz bildirir ki, müraciət etdiyi andan ona maşındakı problemlərin aradan qaldırılacağı bildirilib, amma vədlərə əməl edilməyib.

Fuad Kərimov texniki problemlər səbəbindən bu müddət ərzində avtomobili idarə etməsə də, ondan aylıq ödənişlərin tələb olunduğunu deyir.

Məsələ ilə bağlı sözügedən servislə telefon əlaqəsi saxladıq. Bildirildi ki, avtomobil satışında bu kimi vəziyyətlər ola bilər. Buna görə də maşınlar zəmanətlə satılır. Hazırda vətəndaşın avtomobili tam təmir olunub, heç bir problemi yoxdur. Vətəndaş ödənişləri edib, avtomobilini təhvil ala bilər. O da qeyd olundu ki, vətəndaş aylıq ödənişləri etmədiyi təqdirdə, şirkət problemlə bağlı məhkəməyə müraciət edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
11
1
xezerxeber.az

2Источники