RU

“MB.Fruits Agro”nun rəhbərinə “stop” qoyuldu

“MB.Fruits Agro” şirkətinin rəhbərinə “stop” qoyulub. 

Hit.az xəbər verir ki, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Fərman Həmidli bununla bağlı qətnamə çıxarıb. 

İş materiallarından məlum olur ki, “MB Fruits Agro” şirkətinin dövlət büdcəsinə 4682,16 manat borcu olub. Borc ödənilmədiyinə görə Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə müraciət edərək borc ödənilənədək şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyulmasını xahiş edib. 

“MB.Fruits Agro” MMC 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin qanuni təmsilçisi Məcidov Səfa Qədim oğludur. 

Şirkətin hazırda 5344,81 manat vergi borcu var. 

Abbas

Избранный
43
35
hit.az

10Источники