RU

Qarşılıqlı əlaqələrin vəd etdiyi REAL DİVİDENDLƏR TƏHLİL

Ses qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ötən ilin, 2025-ci ilin dekabr ayından bəri Ermənistana üç neft məhsulunin Azərbaycan tərəfindən göndərilməsi haqlı olaraq, beynəlxalq miqyasda, qlobal müstəvidə belə yüksək qiymətləndirilib. Xüsusən də, beynəlxalq reytinq agentliyi olan Moody's-ə görə, bu göndərişlər iki ölkə arasında birbaşa qarşılıqlı ticarət və iqtisadi əlaqənin başlanğıcını göstərir. Azərbaycandan neft və neft məhsullarının alınması ilə bağlı Ermənistanla danışıqların hələ bundan sonra da öz bəhrəsini verəcəyi, real dividentlər vəd etdiyi zərrə qədər də şübhə doğurmur.Beynəlxalq reytinq agentliyi hesabatının müəlliflərinin fikrincə, danışıqların uğurlu başa çatması onilliklər boyu davam edən təcriddən sonra struktur dəyişikliyini qeyd edə və Ermənistanın Rusiya yanacağından asılılığını tamamilə azalda bilər. Xüsusən də Moody's beynəlxalq reytinq agentliyi geosiyasi gərginliyin azalmasının regional əlaqələrin və ticarətin artmasına kömək etdiyini də vurğulayır. Qeyd edək ki, sülh müqaviləsinin şərtləri barədə razılaşmadan bəri Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətlərdə konstruktiv irəliləyişin qeydə alınması artıq beynəlxaq müstəvidə belə diqqətdən yayınmayıb. İki ölkə liderləri arasında diplomatik əlaqələrin artdığı, o cümlədən 2025-ci ilin avqust ayında ABŞ vasitəçiliyi ilə imzalanmış birgə bəyannamə ərazi iddialarından imtinanı, sərhədlərin delimitasiyasının sürətləndirilməsini və nəqliyyat yollarının bərpasını rəsmiləşdirdiyi qətiyyən təkzib olunmur və oluna da bilməz. Əvvəla ona görə ki, gərginliyin azalması artıq real iqtisadi nəticələr belə verməkdədir. Bunu elə Moody's beynəlxalq reytinq agentliyi də etiraf edir. Etiraf edir ki, ötən ilin oktyabr ayında Azərbaycan öz ərazisindən Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırdı və bu da öz növbəsində iqtisadi əlaqələrin bərpası potensialını nümayiş etdirir.Ermənistanın enerji ilə bağlı asılılığının aradan qaldırılmasına kim kömək edir? Belə bir sual əslində, bütövlükdə erməni cəmiyyətini də maraqlandırmalıdır. Nəinki maraqlandırmalıdır, bununla bağlı hayların ciddi şəkildə düşünmələri və lazımi nəticələr çıxarması lazımdır. Haylar nəticə çıxarmalıdırlar ki, yeganə təhlükəsiz anlaşma məhz Azərbaycanla olan əlaqələrlə bağlıdır. Əvvəla ona görə ki, məsələn, Rusiyaya məxsus olan Rosatom dəstək təklif edərkən, rəsmi İrəvanın öz sabitliyini riskə ataraq, Qərb və qonşuları ilə layihələri müzakirə etməli olduğu nəzərdən qaçmamalıdır. Nəzərdən qaçmamalıdır ki, Ermənistan məhz enerji ilə bağlı məsələləri necə inkişaf etdirmək, xüsusən də, bu vaxta qədər ənənəvi tərəfdaşı kimi saydığı Rusiya ilə əməkdaşlığı davam etdirmək və ya yeni oyunçular cəlb etməyə çalışmaq kimi həlledici bir seçimlə üzləşdiyi günün reallığıdır. Ən böyük reallıq odur ki, rəsmi irəvanın məhz bu mövzuda qərarı ölkənin enerji müstəqilliyinə birbaşa təsir edən məqamdır və bunu beynəlxalq nəşrlər belə etiraf edirlər. Onu da etiraf edirlər ki, Ermənistanda hansısa bir ölkə ilə müqayisə edilə bilən maliyyə və ya texnoloji resurslar yoxdur və məhz ona görə də enerji resurları ilə bağlı Azərbaycanla əlaqələr, danışıqlar, razılaşmalar haylar üçün olduqca önəmlidir.Ermənistan-Rusiya hökumətlərarası komissiyasının dekabr ayında keçirilən iclasında Ermənistan Atom Elektrik Stansiyasının ömrünün uzadılması və yeni əməkdaşlıq sahələri müzakirə olunsa da mənzərə qətiyyən reallığı əks etdirmir. Daha dəqiq desək, Rusiya tərəfi təcrübə mübadiləsi aparmaq istəyini təsdiqləsə də, Rosatom böyük enerji bloklarının tikintisindən tutmuş kiçik modul stansiyalara qədər nüvə enerjisinin inkişafı üçün İrəvana bir sıra təkliflər paketi təqdim etməklə işini bitirmiş hesab edib. Elə məhz buna görə də Ermənistan hökuməti hələlik rəsmi cavab verməyib və bu da təsadüfi deyil. Çünki, heç də Rusiya tərəfinə haylar etibar etmirlər və qətiyyən ümid bağlamırlar. Məhz enerji məsələsində ermənilər tamamilə əmin olmaq istəyirlər və bu mənada rəsmi Bakı daha etibarlı hesab olunur. Hətta Ermənistan hakimiyyəti Rusiya ilə əlaqələri gücləndirmək əvəzinə, ABŞ, Çin, Fransa və Cənubi Koreya ilə əməkdaşlıq etməyi də düşünür, lakin bununla belə, ən sərfəli də məhz Azərbaycanın enerji təminatı daha real görünür və konkret olaraq, real dividentlər kimi nəzərdən qaça bilməz. Baxmayaraq ki, bu gün Ermənistan hakimiyyətinə müxalif qüvvələr baş nazir Nikol Paşinyanın Ermənistan və Azərbaycanın enerji sistemlərini birləşdirmək təşəbbüsü ilə bağlı fikirlərini tənqid etmək üçün əldən-ayaqdan gedirlər, bir çox müxalifət yönümlü ekspertlər hətta hesab edirlər ki, guya bu yanaşma ölkənin enerji suverenliyini sarsıtmaq məqsədi daşıyır, amma reallıq budur ki, alternativ variant belə təklif edə bilmirlər. Xüsusən də, əlaqələrin məhz enerji obyektləri üzərində xarici nəzarətdən asılılığa gətirib çıxaracağını bəhanə edənlər təkcə iqtisadiyyata deyil, həm də milli təhlükəsizlik məsələlərinə təsir göstərəcəyini belə iddia edənlər başqa bir yol da göstərə bilmirlər axı. Ona görə ki, real dividentlərə alternativ variant tapa bilmirlər, əks halda, bunu da iddia edə bilərdilər...Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan və Bakının enerji sistemlərini inteqrasiya etməyə və elektrik enerjisinin qarşılıqlı idxal və ixracını təmin etməyə hazır olması barədə verdiyi açıqlama Ermənistan-Azərbaycan arasında sülhün tədricən institusionallaşmasının ən bariz əlamətlərindən birinə çevrildiyi artıq günün reallığı olaraq qəbul olunur. Qəbul olunur ki, bu, sadəcə texniki layihə deyil, iki ölkə arasındakı münasibətlərin məntiqini dəyişdirə bilən siyasi və iqtisadi mexanizmdir. Çünki, enerji sistemlərinin inteqrasiyası ənənəvi olaraq, dövlətlərarası əməkdaşlığın ən həssas formalarından biri hesab olunur. Elektrik enerjisi strateji bir infrastrukturdur. Məhz bu baxımdan da qonşu ölkənin ixrac və idxal imkanlarına çıxışına imkan vermək yüksək səviyyədə etimad və ya ən azı, qarşılıqlı fayda deməkdir. Bu isə öz növbəsində real dividentlər vəd edir...

Təkcə Ermənistan üçün deyil, məsələn, Azərbaycan üçün bu məsələ Qarabağ nizamlanmasından sonra yeni regional reallığın möhkəmlənməsini ifadə edir. Xüsusən də, rəsmi Bakı siyasi razılaşmaları praktik həyata keçirməyə, sülh üçün iqtisadi platformalar yaratmağa hazır olduğunu cəsarətlə nümayiş etdirir. Bu, xüsusilə də, ənənəvi olaraq, regional inteqrasiya layihələrini dəstəkləyən Avropa İttifaqı və bir çox beynəlxalq maliyyə qurumlarının nəzərində Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi deməkdir. Bunun özü də böyük divident deməkdir, özü də real divident. Çünki, beynəlxalq qurumlar, təşkilatlar üçün çox böyük önəm daşıyır.Onu da unutmaq lazım deyil ki, Ermənistan üçün TRIPP və əlaqəli enerji təşəbbüslərində iştirakın özü təcrid və qarşıdurma məntiqindən ən yaxşı çıxış yoludur və bunu haylar da anlamalıdırlar və bütövlükdə rəsmi İrəvan da yaxşı başa düşür. Paşinyan məhz faktiki olaraq, “qarşıdurma yolu ilə təhlükəsizlik” modelini “qarşılıqlı asılılıq yolu ilə təhlükəsizlik” modeli ilə əvəz etməyi təklif edir. Siyasi cəhətdən bu, rəsmi İrəvana öz sülh gündəliyini daxili müxalifətə konkret sosial-iqtisadi faydalarla, o cümlədən yanacaq və elektrik enerjisi qiymətlərinin aşağı salınması ilə əsaslandırmağa imkan verir. Daha dəqiq desək, bu gün artıq Paşinyanın özü üçün də daxili auditoriyaya hesablanan addımlar baxımından belə olduqca faydalıdır. Ümumiyyətlə, daxili auditoriyaya hesablanan addımlar baxımından da real divident deməkdir...Diqqətə çatdırmaq yerinə düşərdi ki, məhz iqtisadi cəhətdən də Azərbaycan bir sıra üstünlüklər qazanır və bu üstünlükləri sadalamağa da dəyər. Birincisi, xüsusilə də ən önəmlisi, ölkəmiz istehsal profisiti dövrlərində elektrik enerjisi ixrac potensialını genişləndirir. Bərpa olunan enerjinin, ələlxüsus da, günəş və külək elektrik stansiyalarının inkişafı enerji sisteminin balanslaşdırılması məsələsini getdikcə daha aktual edir. Ermənistan da məhz əlavə bazara və regional enerji mübadiləsinin elementinə çevrilə bilir. Digər tərəfdən də Ermənistanla enerji əlaqəsi Azərbaycanın məhz tranzit potensialını gücləndirir. Unutmaq lazım deyil ki, bu, gələcəkdə Bakı Xəzər regionunun, Türkiyənin və Cənubi Qafqazın enerji sistemləri arasında əlaqə rolunu oynaya və bununla da Azərbaycan məhz regional enerji mərkəzi statusunu daha da gücləndirə bilər. Bir məqamı da yadda saxlamaq və nəzərdən qaçırmaq lazım deyil ki, enerji məsələləri ilə bağlı bu məqam investorlar üçün siyasi riskləri də azaldır. Bu məhz keçmiş rəqiblə infrastruktur əməkdaşlığı baxımından güclü sabitlik siqnalıdır, hansıki, uzunmüddətli enerji investisiyaları üçün xüsusilə vacib sayılan məqamdır və qətiyyən təkzib edilə bilməz. Bütün bunlar ölkəmiz üçün də haqlı olaraq, real divident sayılır...Ermənistan üçün faydalar qətiyyən təkzib oluna bilməz, çünki, əsasən praktik və sosial cəhətdən bu faydalar tam olaraq, hiss olunandır. Əvvəla, nəzərdən qaçırmaq lazım deyil ki, Ermənistanın enerji sistemi mövsümi dalğalanmalara, hansısa rezonansa və yanacaq bazarında qiymət artımlarına qarşı həssasdır və bu baxımdan, Azərbaycandan elektrik enerjisi idxal etmək imkanı əlavə alternativlər deməkdir. Bu məqam xüsusən, enerji təchizatının dayanıqlığını artırır. Özü də məhz pik dövrlər üçün bunun əhəmiyyətini qətiyyən nəzərdən qaçırmaq olmaz. Hər halda, haylar bunu da yaxşı başa düşürlər. Yəni, real dividentlərini yaxşı başa düşürlər. Erməni baş nazir Nikol Paşinyanın özünün də qeyd etdiyi həmin o dizel yanacağının qiymətlərinin azalması məsələsi belə, dolayısı ilə də olsa, daha sabit enerji mühiti gözləntiləri ilə əlaqəlidir. Bir məqamı da haylar yaxşı başa düşürlər ki, Ermənistan ənənəvi tərəfdaşlarından imtina etmədən xarici iqtisadi əlaqələrini şaxələndirmək imkanı qazanıb. Bu, məhz hayların ölkələri üçün danışıqlar mövqeyini də gücləndirir və bir, yaxud da iki enerji mənbəyindən asılılığını azaldır ki, bunun özü də real divident deməkdir...Sonda onu diqqətə çatdıraq ki, Ermənistanın və Azərbaycanın enerji sistemlərinin birləşməsi regional səviyyədə bir presedent yaranması üçün önəmli faktdır. Hər halda, bütün bunların ardınca daha genişmiqyaslı layihələr də planlaşdırıla və ya, ən azından, barəsində belə düşünülə bilər. Yəqin ki, nəqliyyat dəhlizlərindən tutmuş, birgə elektrik enerjisi bazarlarına qədər real imkanlar, real dividentlər diqqətdən yayınan deyil. Bu mənada məhz enerji məsələləri özlüyündə təkcə bir məqsəd deyil, dayanıqlı bir sülh, dayanıqlı əlaqələr yaratmaq üçün bir vasitə olaraq, böyük divident deməkdir.Azərbaycan və Ermənistan arasında enerji sinxronizasiyası məsələsi siyasi məqsədəuyğunluq və iqtisadi hesablamaların üst-üstə düşdüyü ən vacib məqam olaraq da olduqca dəyərlidir. Bakı üçün məsuliyyətli regional lider statusunu möhkəmləndirilməsi nöqteyi nəzərdən çox qiymətli məqamdır. Rəsmi İrəvan üçün də daha çox dividend məhz sülh gündəliyini ölçülə bilən iqtisadi və sosial faydalara çevirmək şansı kimi qlobal müstəvidə belə görülməkdə, dəyərləndirilməkdədir. Hər halda, beynəlxalq aləmdə belə qəbul olunur ki, bütün bu sadalananlar iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələnin ən praktik və dönməz elementlərindən biridir və ən real divident olaraq, etiraf edilməli, qəbul edilməlidir…

Müəllif: İnam Hacıyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
2
sesqazeti.az

3Источники