RU

ABŞ nin prezidenti Donald Tramp elə bir adamdır ki, nə edəcəyini özündən başqa heç kim bilmir Video

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Donald Tramp deyir ki, “İranın rəhbəri dəlidir, İrana yeni başqa bir rəhbər lazımdır”. Trampın İran problemində siyasətindən xəbərsizik. Etirazlar başlayanda Tramp millətə vəd etdi ki, “tökülün küçələrə, gedin binaları işğal edin, kömək yoldadır”. Amma insanlar küçələrə Trampın sözü ilə çıxmamışdı. Onlar öz haqlarını müdafiə etmək üçün çıxmışdı. İqtisadi çətinliklər var idi. İşsizlik, böhran insanları yormuşdu. İyun ayında 12 günlük İran-İsrail arasında olan müharibə insanların küçələrə çıxmasını bir qədər gecikdirdi. Amma hamı bilirdi ki, bu etirazlar axır-əvvəl olacaq”.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, Tramp millətə vəd verdi, amma sözünü tutmadı: “Bu gün Amerikanın, xüsusilə Trampın siyasətinin nə olacağı məlum deyil. Tramp elə bir adamdır ki, nə edəcəyini özündən başqa heç kim bilmir. Bir tərəfdən deyir ki, hakimiyyət İranda edamları dayandırdığı üçün bizim müdaxiləmizə ehtiyac yoxdur. Digər tərəfdən görürük ki, böyük təyyarələri aparan gəmilərini İrana tərəf göndərir. İordaniyaya bombardman təyyarələrini gətirib, döyüşə hazırlayır”.

Maşallah Rəzmi

Şərhçi hesab edir ki, Donald Tramp əməllərində İranı vuracağını bəlli etsə də, danışıqlarından gah sülhdən, gah barışıqdan danışır.

Maşallah Rəzmi vurğulayıb ki, əvvəllər Trampın dediklərinə əməl etməyəcəyi düşünülsə də, Venesuela məsələsindən sonra dediklərinə əməl etməsi hamıya məlum oldu.

Güneyli siyasi şərhçi Maşallah Rəzminin ABŞ-ın İrana münasibəti ilə bağlı açıqlamasını Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
36
bizimyol.info

1Источники