“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, “Vilyarreal”dan transfer olunan yarımmüdafiəçi Papa Qeye ilə müqavilə imzalanıb. Onunla 4 illik sözləşmə bağlandığı bildirilir.
Qeyd olunur ki, indi yalnız “Qalatasaray” və “Vilyarreal” arasında yekun razılıq qalır.
Fransalı futbolçu klubların anlaşmasını gözləyir. Onun qısa vaxtda İstanbulda olacağı bildirilib.