RU

Beyləqanda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilib - - FOTO FOTO

Yanvarın 28-də Beyləqan rayonunda “2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş” Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun hesabat yığıncağı keçirilib.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 7-ci ərazi sektorunun müdiri Qiyas Yusifov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, şəhid ailələri, qazilər, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, rayon ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər. Beyləqan Mədəniyyət Mərkəzində davam edən tədbir çərçivəsində foyedə təşkil olunmuş kənd təsərrüfatı məhsullarından ibarət və digər sahələrlə bağlı sərgiyə baxış keçirilib.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə yığıncaq açıq elan olunub.

Yığıncaqda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2025-ci ildə əldə olunmuş nailiyyətlər, rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri, icra edilən infrastruktur layihələri, kənd təsərrüfatı, ayrı-ayrı qurumlar və sahələr üzrə mövcud vəziyyət, eləcə də 2026-cı ildə qarşıda duran əsas vəzifələr barədə geniş və ətraflı məlumat verib.

Xüsusilə vurğulanıb ki, 2025-ci ildə Beyləqan rayonu respublika üzrə pambıq məhsuldarlığı göstəricisinə görə birinci yeri tutub. Rayon icra hakimiyyətinin başçısı əldə olunan bu mühüm nailiyyət münasibətilə rayon ictimaiyyətini səmimi-qəlbdən təbrik edib, pambıqçılıq sahəsində çalışan zəhmətkeşlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məruzə ətrafında aparılan müzakirələr zamanı çıxış edən Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin regionların sosial-iqtisadi inkişafında həlledici rol oynadığını qeyd edib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin İsmayılov isə son illərdə həyata keçirilən islahatların bölgələrdə real nəticələr verdiyini bildirərək Beyləqan rayonunda müşahidə olunan inkişaf dinamikasını müsbət qiymətləndirib.

Tədbirdə Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Xaliq Məmmədov, şəhid ailələri adından çıxış edən Vətən müharibəsi şəhidi Mahir Dadaşzadənin atası Qərib Təhməzov, Rayon Statistika İdarəsinin rəisi Rövşən Quliyev, “Prime Cotton” MMC-nin Beyləqan filialının direktoru Rüfət Yarıyev və Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov da çıxış ediblər.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı quruculuq siyasətindən, iqtisadi və sosial sahələrdə əldə olunan mühüm nailiyyətlərdən, habelə qarşıdakı dövr üçün müəyyən edilmiş strateji vəzifələrdən ətraflı bəhs edib. O, Prezident cənab İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı qarşıda duran vacib məsələləri xüsusi olaraq diqqətə çatdırıb.

Daha sonra Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova Geniş Şura iclası iştirakçıları və rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ünvanlanmış müraciəti oxuyub və layihə qəbul edilib.

Hesabat yığıncağının sonunda 2025-ci ildə rayonun ictimai-siyasi və sosial həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərmanlarla təltif olunub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşı Yeganə Abbasovaya medal təqdim edilib.


Избранный
34
ekologiya.az

1Источники