RU

Tramp: ABŞ-ın böyük dəniz donanması İrana doğru hərəkət edir

ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində paylaşım edərək, ABŞ-ın böyük və güclü bir dəniz donanmasının İrana doğru hərəkət etdiyini açıqlayıb. 

Trampın sözlərinə görə, sözügedən donanma daha əvvəl Venesuelaya göndərilmiş hərbi donanmadan daha güclüdür və zərurət yaranacağı təqdirdə tez və sərt şəkildə hərəkət etməyə hazırdır.

“Donanma sürətlə, böyük güclə, yüksək ruhla və aydın məqsədlə irəliləyir. Ümid edirəm ki, İran danışıqlar masasına qayıdacaq və ədalətli, balanslı bir razılaşmaya razı olacaq. Vaxt azalır. Növbəti hücum daha şiddətli olacaq. Bunun bir daha təkrarlanmasına imkan verməyin”, — Tramp paylaşımında qeyd edib.

Son aylarda ABŞ–İran münasibətləri gərginləşib. Vaşinqton Tehranı regional təhlükəsizliyi təhdid edən addımlarda və nüvə proqramı ilə bağlı öhdəlikləri pozmaqda ittiham edir. ABŞ administrasiyası daha əvvəl də Hörmüz boğazı, Yaxın Şərqdə hərbi mövcudluq və sanksiyalar məsələsində İrana qarşı sərt mövqe nümayiş etdirib.

Gülnar 

Избранный
2
1
anews.az

2Источники