RU

Dünyaca məşhur şirkət 16 min işçisini işdən çıxardı

"Amazon.com" süni intellekt sahəsindəki sərmayələrini artırarkən şirkətin korporativ bölməsində 16 min işçisinin vəzifəsindən azad edilməsinə hazırlaşır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin baş idarəçisi Beth Galetti işdən çıxarmaların səbəbini şirkət daxilində göndərdiyi e-məktubunda, hiyerarxiyanı azaltmaq, bürokratiyanı yüngülləşdirmək və təşkilati dəyişikliklər kimi açıqlayıb.

Bu işdən çıxarmalarla birlikdə "Amazon"un son bir neçə ayda işdən çıxardığı əməkdaşların sayı 30 mini keçəcək.

Şirkətin CEO-su bir neçə il əvvəl süni intellektin şirkətdəki bir neçə min işçinin işini itirməsinə səbəb olacağını bildirmişdi.

Избранный
7
manset.az

1Источники