RU

İDDİA! “Azgil Lounge” küçəni şəxsi mülkü kimi bağladı - Sakinlər narazılıq edir - VİDEO

Hənifə Ələsgərov küçəsində yol sahibkar tərəfindən qanunsuz zəbt edildiyi iddia olunur.

Qaynar xəttimizə daxil olan şikayətə görə, Hənifə Ələsgərov küçəsində yerləşən “Azgil Lounge” adlı obyektin rəhbərliyi ərazidə qanunsuz məhdudiyyətlər tətbiq edir. Vətəndaşların Patrul.az-a bildirdiyinə əsasən, obyekt giriş hissəsini kənar şəxslər üçün bağlayıb və hərəkət üçün nəzərdə tutulmuş yolu özbaşına parkinq zonasına çevirib.
Şikayətçi bildirib:
“Bu küçəni bağlamağa bunlara icazəni kim verib? Küçə şəxsi mülklərinə çevrilib, ya xəbərimiz yoxdur?”
Sakinlərin sözlərinə görə, obyektin əməkdaşları yalnız öz avtomobillərinə dayanmağa icazə verir, digər sürücülərə isə faktiki olaraq qadağa tətbiq olunur. Yolu bu şəkildə zəbt etmək nə qanunvericiliyə, nə də ictimai asayiş qaydalarına uyğundur.
Vətəndaşlar aidiyyəti qurumlardan məsələyə təcili müdaxilə olunmasını tələb edirlər.

Избранный
17
yenilik.az

1Источники