RU

Avtomobil idarə edərkən təhlükəsizlik kəməri taxmamaq xəsarət riskini 3 dəfə artırır - Səhiyyə Nazirliyinin mütəxəssisi

Bakı. Trend:

Avtomobildə təhlükəsizlik kəmərinin taxılmaması riski bir neçədəfə artırır və bu, bizim gündəlik təcrübəmizdə ən ağır travmalarınəsas səbəblərindən biridir. Tibbi və yol təhlükəsizliyiaraşdırmalarına əsasən təhlükəsizlik kəməri taxılmadıqda travmariski təxminən 2–3 dəfə artır.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə NazirliyiElmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu baş direktorunmüavini - baş həkim Nizami Məmmədov açıqlayıb.

Onun sözlərinə görə ağır baş-beyin travması, daxili qanaxma vəçoxsaylı sınıqların yaranma ehtimalı dəfələrlə yüksəlir:

“Qəza zamanı avtomobildən kənara atılma riski isə 20–30 dəfədaha çox olur. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya vəOrtopediya İnstitutunda da biz çox vaxt eyni mənzərə ilərastlaşırıq. Qəza ağır olmayıb, sürət yüksək olmayıb, lakin kəmərtaxılmadığı üçün xəstə ciddi xəsarətlərlə xəstəxanaya gətirilib.Halbuki həmin anda təhlükəsizlik kəməri taxılmış olsaydı, buxəsarətlərin böyük hissəsinin qarşısını almaq mümkün idi. Təcrübədəmüraciət edənlərin əhəmiyyətli hissəsində qoruyucu geyimlər(dəbilqə, dizlik, dirsəklik, qoruyucu gödəkcə) olmur və ya natamamolur. Qoruyucu vasitələrdən istifadə edənlərdə travmalar adətənyüngül toxuma zədələri, səthi sınıqlar və daha az baş-beyintravması ilə məhdudlaşır, əməliyyat və reanimasiya ehtiyacı xeyliazalır. Əksinə, qoruyucu geyimdən istifadə etməyənlərdə baş-beyintravmaları, açıq sınıqlar, ağır ətraf və onurğa zədələri dahatez-tez qeydə alınır, sağalma müddəti uzanır və ağırlaşma riskiyüksəlir. Xüsusilə dəbilqə baş və üz zədələrinin qarşısını almaqdahəlledici rol oynayır”.

Çıxışının sonunda izləyicilərə müraciət edən Nizami Məmmədovbildirib ki, təhlükəsizlik kəməri onları narahat etmək üçün deyil,əksinə qorumaq üçün var:

“Qısa məsafə, şəhər içi yol, arxa oturacaq - bunların heç biririskin olmadığı anlamına gəlmir. Qəza bir anın içində baş verir,nəticələri isə ömür boyu qala bilər. Öz həyatınız, ailəniz vəavtomobildə olan hər kəs üçün təhlükəsizlik kəmərini mütləq taxın.Bu, bir vərdiş deyil - həyat məsələsidir”.

Избранный
117
az.trend.az

1Источники