RU

Pul qarşılığında işə düzəldənlərin NƏZƏRİNƏ!- CƏRİMƏLƏR...

Mövzu ilə əlaqədar deputat Aydın Mirzəzadə Ajans.az-a açıqlama verib.  O bildirib ki, vətəndaşlar bu cür hallarda diqqətli olmalı və aşağıdakı məqamlara əməl etməlidirlər. İlk olaraq işə düzəltmə mərkəzinin rəsmi sənədlərinin olub-olmaması yoxlanılmalıdır. Sonra isə təklif edilən işlərin reallığı barəsində məlumata sahib olmaq lazımdır.  “Hansı şirkət tərəfindən sifariş verildiyi, işin tələbləri və maaşı və .s. Ödəniş rəsmi şəkildə həyata keçirilməli, tərəflər arasında müqavilə bağlanmalı, öhdəliklər müəyyən edilməlidir.” deyə, deputat bildirib.  Aydın Mirzəzadənin sözlərinə görə, əgər ödəniş sadəcə qarşılıqlı etimad əsasında aparılıbsa, mütləq qəbz və ya çek tələbi mütləqdir. İşə düzəltmə mərkəzi razılaşdırılmış vaxtda öhdəliyini yerinə yetirmirsə, vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müfəttişliyinə müraciət edə bilər. Müfəttiş məsələni nəzarətə götürür və işə düzəltmə mərkəzini cərimələyə bilər. Eyni zamanda, sənədsiz ödənişlər dələduzluq hesab olunur və vətəndaşlar hüquqlarını qorumaq üçün polisə və digər hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır.  Deputat vurğulayıb ki, vətəndaşlar bu cür hallardan qorunmaq üçün həmişə rəsmi sənədlərlə əməliyyat aparmalı, müqavilə və qəbz tələb etməlidir.

Избранный
18
Ajans.az

1Источники