RU

Azərbaycan klubu Zambiya yığmasının yarımmüdafiəçisini gözləyir - Daşı ətəyindən tök!

Premyer Liqadan I Liqaya qayıtmaq istəməyən “Qəbələ” heyətini gücləndirmək yönündə fəallığı artırıb.

Əyalət təmsilçisi 2026-cı ilin ilk həftələrində seneqallı müdafiəçi Seydina Keyta (“Panevejis” Litva) və nigeriyalı hücumçu İsmaheel Akinadeni (“Andijon”, Özbəkistan) sıralarına qatıb, həmçinin Rza Cəfərovu "Neftçi"dən icarəyə götürüb.

Qarşıdakı günlərdə daha bir legioner ölkəmizə təşrif buyuracaq. Menecerlər Zambiya millisinin üzvü Emmanuel Bandanın xidmətini onlara təklif edib.

Afrikalı hazırda “Makkabi”nin (Bney Reyne) formasını geyinir.

28 yaşlı dayaq yarımmüdafiəçisinin İsrail klubu ilə müqaviləsi bu ilin yayında başa çatacaq. Bney Reyne təmsilçisi onunla pulsuz vidalaşmağa hazırdır.

Fəqət, Bandanın şəxsi istəkləri bir qədər yüksək olduğundan, “Qəbələ” rəhbərliyi danışıqları bitirməyə tələsmir.

Gözləyirlər ki, o, maddi tələblərini yumşaltsın. Odur ki, bu transferin baş tutacağını indi iddia etmək olmaz. Ola da bilər, olmaya da.

Ötən yaydan “Makkabi”nin sıralarında yer alan Banda 2017-ci ildən bəri Zambiya yığmasına dəvət alır. Orta sahə oyunçusu geridə qalan müddətdə burada 37 oyun keçirib, 1 qol vurub.

SPORTİNFO.AZ

Избранный
12
sportinfo.az

1Источники