RU

Simonyan açıqladı: müharibə…

Ermənistan parlamentinin sədri Alen Simonyan yerli ordunun qurulmasının 34-cü ildönümü münasibətilə yaydığı müraciətdə diqqətçəkən mesajlar verib.

O, çıxışında ordunun yalnız müharibə kontekstində dəyərləndirilməsinin artıq keçmişdə qaldığını bildirib.

Simonyanın sözlərinə görə, müasir dövrdə silahlı qüvvələr təkcə hərbi qarşıdurmalar üçün deyil, eyni zamanda sülhün qorunması baxımından mühüm rol oynayır. O vurğulayıb ki, məhz bu yanaşma əsasında təhlükəsiz, ədalətli və demokratik Ermənistan qurmaq mümkündür.

Parlament sədri çıxışında həlak olmuş hərbçilərin xatirəsini yad edib, hazırda xidmət edən hərbi qulluqçulara təşəkkürünü bildirib və onların ölkənin gələcəyində mühüm yer tutduğunu qeyd edib.

Yerli müşahidəçilərin fikrincə, Simonyanın bu bəyanatı son dövrlərdə müxalif düşərgədən səslənən revanşist və aqressiv çağırışlardan ciddi şəkildə fərqlənir.

Musavat.com

Избранный
12
editor.az

1Источники