RU

Bakıdan saxta pasportla Almaniyaya getmək istədi, həbs olundu

Heydər Əliyev Beynəlxalq Hava Limanında saxta pasportdan istifadə edərək Almaniyaya getməyə cəhd edən 1985-ci il təvəllüdlü Əlcəzair vətəndaşı Keddau Abdelhamid həbs olunub.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, o, əvvəlcə Dövlət Sərhəd Xidmətinin sərhəd nəzarəti şöbəsinin sənədlərin yoxlanışı sərhəd naryadına Türkiyəyə
gedəcəyini deyərək özünə aid Əlcəzair pasportunu təqdim edib.

O, rəsmi prosedurdan keçdikdən sonra gözləmə zalına keçib və bu zaman da Bakı-Frankfurt reysinə qeydiyyat aparıldığını görüb.

Abdelhamid fürsətdən istifadə edərək onlayn qaydada saxta Belçika pasportu ilə bilet alıb və təyyarənin minik qapısına yaxınlaşıb.

Избранный
10
7
publika.az

8Источники