RU

Vətəndaşlara qarşı dələduzluq edən “hüquqşünas” həbs edildi

Bakı. Trend:

TikTok platformasında “Hüquq mərkəzi” adı altında səhifələryaradılaraq canlı yayımlar vasitəsilə izləyici toplamaq və bu yollavətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rastgəlinir.

Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli bildirib ki,vətəndaşların müraciətləri əsasında Yasamal Rayon Polis İdarəsindəaparılan istintaq tədbirləri nəticəsində özünü sosial mediadahüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva 145 zərərçəkmişşəxsin ümumilikdə 449 916 manat pulunu dələduzluq yolu ilə ələkeçirdiyinə görə Cinayət Məcələsinin müvafiq maddəsi ilətəqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbsqətimkan tədbiri seçilib.

İstintaq zamanı görülən tədbirlərlə vurulan maddi ziyanın 381529 manatının ödənilməsi təmin olunub, hazırda cinayət işininibtidai istintaqı davam etdirilir.

S.Panəliyevanın qanunsuz əməllərindən zərərçəkən digər şəxslərdə aidiyyəti üzrə istintaqa müraciət edə bilərlər.

Məqalədə:
Избранный
53
49
az.trend.az

10Источники