RU

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 29 min şəxs məşğulluq tədbirləri ilə əhatə edilib

Bakı. Trend:

44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Prezident İlhamƏliyevin tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibəiştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstəkpaketinin əsas istiqamətlərindən biri də onların məşğulluğununtəmin edilməsidir.

Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.

Bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən postmüharibədövründə bu kateqoriyalara aid olan 29 min şəxs məşğulluqtədbirlərinə cəlb edilib.

Onlardan 13,5 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsindəkiçik bizneslər qurulub, 14,1 min şəxs isə münasib işlərlə təminedilib.

Məşğulluq tədbirlərinə cəlb olunan şəhid ailələri üzvləri vəmüharibə iştirakçılarından 1,4 min şəxs üçün isə əmək bazarınıntələblərinə uyğun peşələr üzrə hazırlıq kursları da təşkilolunub.

Избранный
30
5
az.trend.az

6Источники