RU

“Bayer” 18 yaşlı ukraynalını vaxtından əvvəl qaytarır: 6 klub maraqlanır

“Bayer Leverkuzen” icarə əsasında “Nürnberq”də çıxış edən 18 yaşlı ukraynalı hücumçu Artyom Stepanovu vaxtından əvvəl geri qaytaracaq.

Publika.az xəbər verir ki, bu barədə Florian Plettenberq məlumat verib.

Oyunçu daha çox oyun vaxtı qazanmaq üçün klubunu dəyişmək qərarına gəlib. Stepanova hazırda İkinci Bundesliqada və xarici ölkələrdə klublardan sorğular gəlir. Ümumilikdə, onunla altı klub maraqlanır.

Xatırladaq ki, Ukrayna gənclər millisinin oyunçusunun “Bayer Leverkuzen”lə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. Hücumçu artıq Leverkuzen klubunun əsas heyətində iki oyun keçirib, lakin hələ qol vura bilməyib.

Избранный
31
publika.az

1Источники