Ucarda yol qəzası olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar- Zərdab avtomobil yolunda, rayonun Qazyan kəndi ərazisində baş verib.
" VAZ 2107" markalı minik maşını ilə "VAZ 2106" markalı maşın toqquşub. "VAZ 2106"nın sürücüsü xəsarət alıb. Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.
"Cebheinfo.az"