RU

Rutte Alyansı qorumaq üçün yeni taktika seçib - KİV

Rutte Alyansı qorumaq üçün yeni taktika seçib - KİV

NATO-nun baş katibi Mark Rutte Şimali Atlantika Alyansının maraqlarını qorumaq üçün ABŞ prezidenti Donald Trampın rəğbətini qazanmağa yönəlmiş xüsusi "yumşaq" siyasət yürütmək məcburiyyətində qalıb.

AFN.az Avropanın "Politico" nəşrinə istinadən xəbər verir ki, yüksək rütbəli diplomatlar baş katibin bu davranışını "tərif taktikası" kimi qiymətləndirirlər.

Nəşrin məlumatına görə, təşkilat daxilində bir çox rəsmi şəxslər Ruttenin Trampa qarşı nümayiş etdirdiyi aşkar ehtiramın NATO-nun nüfuzuna xələl gətirə biləcəyindən narahatdırlar. Diplomatlardan biri vəziyyəti şərh edərkən: "Alyansın maraqları naminə o, Trampa yaranmağa çalışır, lakin sual budur ki, bu prosesin sonu harada bitəcək?" deyə bildirib.

Ekspertlərin fikrincə, Ruttenin əsas prioriteti Trampın prezidentliyi dövründə ABŞ-ın Avropanın müdafiəsində qalmasını təmin etməkdir. Lakin bu strateji kurs baş katibi tənqidlərə qarşı həssas edir, çünki bütün diqqət Vaşinqtonla münasibətlərə yönəldiyi üçün Alyansın fəaliyyətinin digər mühüm aspektləri arxa plana keçir.

Избранный
39
afn.az

1Источники