
ABŞ-də güclü qar fırtınası nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.
Missiya.Az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Məlumata görə, ölkə üzrə təxminən 400 min ev elektrik enerjisiz qalıb. Elektrik kəsintiləri əsasən ölkənin cənub bölgələrində qeydə alınıb.
Bildirilib ki, fırtına 200 milyondan çox insana təsir edib, minlərlə aviareys ləğv olunub, bir çox yollarda buzlanma qəzalara səbəb olub. Qar örtüyünün qalınlığı bəzi ərazilərdə 30 sm-ə çatıb.
Seyranə QuliyevaMissiya.Az