“Hazırkı yaşadığımız anlara görə çox məmnunam”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləro “Qarabağ”ın braziliyalı müdafiəçisi Mateus Silva UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki çıxışları barədə fikirlərini bahianoticias.com.br saytına bölüşərkən deyib.
O, daha sonra sözlərinə belə davam edib:
“Çempionlar Liqası hər bir futbolçunun oynamaq arzusunda olduğu mərhələdir. Bu səviyyəli matçlarda “Qarabağ”a bu cür kömək etmək imkanı xüsusi bir şeydir. Burada komanda işi çoxdur, bilirik ki, hələ də tarix yaza bilərik. İndi soyuqqanlı olmaq və hədəfimizə fokuslanmalıyıq. Bunu etmək vacibdir”.