RU

“Məktəb ictimai müzakirədə” layihəsinə start verilir


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə "Məktəb ictimai müzakirədə" adlı yeni layihəyə start verilir.

Olaylar.az xəbər verir ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.

"Məktəb ictimai müzakirədə" layihəsi çərçivəsində paytaxtdakı ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı nüfuzlu ziyalıların, tanınmış ictimai xadimlərin, təhsil ictimaiyyətinin, valideynlərin və media nümayəndələrinin iştirakı ilə müzakirələr aparılacaq, açıq dialoq mühiti formalaşdırılacaq. Müzakirələr zamanı məktəblərin idarə olunması, tədrisin keyfiyyəti, valideyn-məktəb əməkdaşlığı, ictimai nəzarət mexanizmləri və təhsil sahəsində şəffaflığın artırılması kimi məsələlərə xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, layihə çərçivəsində paytaxtın müxtəlif məktəblərində təşkil olunacaq müzakirələrdə təhsil ocağının fəaliyyəti, əldə olunan nailiyyətlər, qarşıda duran hədəflər və mövcud çağırışlar təqdim ediləcək, iştirakçıların rəy və təklifləri dinləniləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
18
9
olaylar.az

10Источники