Bakı. Trend:
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti məlumatbankı yaradılacaq.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaqməsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaqhüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, dövlət uşaq hüquq və azadlıqlarınıntəmin edilməsi, o cümlədən uşaqlara qarşı ayrı-seçkilik vəzorakılıq halları, onların səbəb və nəticələri, bu halları törədənvə məsuliyyətə cəlb edilən şəxslər, uşaq hüquqlarının pozulmasınınqarşısının alınması və müdafiə tədbirlərinin səmərəliliyi ilə bağlıməlumatların toplanılmasını və təhlilini həyata keçirəcək və bubarədə ictimaiyyətin məlumatlandırılmasını təmin edəcək.
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti və dövlətorqanları (qurumları) tərəfindən uşaq problemlərinin əlaqəlişəkildə çevik həllinin təşkili məqsədilə uşaq hüquqlarının həyatakeçirilməsinə dair məlumat bankı yaradılacaq.
Uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankımüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən təşkil və idarə ediləcək.