RU

Uşağın dini etiqad azadlığına məhdudiyyət qoyula biləcək

Bakı. Trend:

Yalnız qanunda nəzərdə tutulan hallarda uşağın dini etiqadazadlığına məhdudiyyətlər qoyula biləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaqməsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaqhüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, hər bir uşağın vicdan azadlığı olacaqvə hər kəs uşağın vicdan azadlığına hörmətlə yanaşmalıdır.

Valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıqəsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinəuyğun tərbiyə edə biləcəklər. Uşaqların dinə etiqad etməyə məcburedilməsi qadağan ediləcək. Uşaqların dini tərbiyəsi onların fizikivə psixi sağlamlığına mənfi təsir göstərməməlidir.

Yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlikmənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın,mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarınınqorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyulabiləcək.

Uşaq öz fikrini azad ifadə etmək hüququna malik olacaq. Hər kəsuşağın fikir və söz azadlığına hörmətlə yanaşmalıdır.

Qüvvədə olan qanuna görə, hər bir uşağın vicdan, fikir və sözazadlığı vardır. Valideynlər, digər şəxslər və dövlət orqanlarıuşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar.Uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasınacəlb edilməsi qadağandır.

Избранный
90
9
az.trend.az

10Источники