RU

Nazir: Ağ Ev Kiyev və Kremllə iki ayrı sülh müqaviləsi imzalayacaq

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna Rusiya-Ukrayna müharibəsinin həlli üçün ABŞ ilə 20 maddəlik sülh müqaviləsi imzalayacaq, ABŞ isə Rusiya ilə ayrıca sənəd imzalamalıdır.

Ölkə.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa  deyib. 

"Əgər söhbət konkret olaraq bu 20 bəndlik çərçivədən gedirsə, bu, hazırda ABŞ və Ukrayna tərəfindən imzalanacaq ikitərəfli sənəddir. ABŞ isə bunu Rusiya ilə imzalamalıdır", - ukraynalı nazir deyib.

O qeyd edib ki, danışıqlar hələ də davam edir və sənədlərin yekun konfiqurasiyası dəyişə bilər.

Sülh planındakı məqamlardan biri Ukraynanın Avropaya inteqrasiyası ilə bağlıdır. Bununla bağlı şərh verən Sibiqa vurğulayıb ki, sənəddə Aİ-nin imzası olmadan belə, avropalı tərəfdaşların təsdiqi olmadan heç bir müddəa irəli sürülə bilməz.

Eyni zamanda, Ukraynanın 2027-ci ildə Aİ-yə qoşulması ideyası mübahisəli olaraq qalır.

"Tarix mürəkkəb bir məsələdir. Aİ-nin öz prosedurları var və biz konsensus yanaşmasının girovundayıq", -nazir Sibiqa  qeyd edib. 

O əlavə edib ki, avropalı tərəfdaşları sülh prosesində, xüsusən də Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin müzakirəsində iştirak edirlər.

Danışıqlar prosesinin gedişi barədə danışan nazir  deyib ki, biz ilk dəfə olaraq siyasi bəyannamələrdən deyil, hüquqi cəhətdən məcburi zəmanətlərdən danışırıq.

"Zəmanətlərin, xüsusən də ABŞ Konqresində təsdiqlənməsinin zəruriliyi barədə razılığın olması vacibdir", - o əlavə edib.

 

Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
1
olke.az

2Источники