RU

“Qarabağ” “Liverpul” səfərində

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində sonuncu oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, komanda İngiltərənin “Liverpul” kollektivinin qonağı olacaq.

Liverpuldakı “Enfild Roud” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Slovakiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İctimai TV” vasitəsilə canlı yayımlanacaq.

 

Çempionlar Liqası

Liqa mərhələsi, VIII tur

28 yanvar

 

00:00. “Liverpul” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: İvan Krujlyak, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç (Hamısı Slovakiya)

VAR hakimləri: Pol van Boekel (Niderland), Yan Boterberq (Belçika)

Liverpul. “Enfild Roud” stadionu

Избранный
14
msport.az

1Источники