RU

Unibank-da fiziki şəxslərin depozitləri 14% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Unibank-ın depozit portfeli 31 dekabr 2025-ci il tarixinə 1 milyard 377 milyon 937 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın depozit portfeli 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 173 milyon 277 min manat və ya 14,4% artıb.

Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 1 milyard 89 milyon 67 min manat, hüquqi şəxslərin depozitləri isə 288 milyon 870 min manat təşkil edib. 

İllik müqayisədə fiziki şəxslərin depozitləri 132 milyon 638 min manat (13,9%), hüquqi şəxslərin depozitləri isə 40 milyon 639 min manat (16,4%) artıb. 

Ötən ilin  eyni dövründə depozitlərin məbləği müvafiq olaraq 956 milyon 429 min manat və 248 milyon 231 min manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
32
31
banco.az

10Источники