RU

"Pinterest" işçilərini çıxarır - Səbəb

“Pinterest” şirkəti süni intellekt texnologiyalarına daha geniş yer ayırmaq üçün kadr strukturunda ciddi dəyişikliklər etməyə hazırlaşır.

Kulis.az xəbər verir ki, platforma əməkdaşlarının təxminən 15 faizini ixtisar etməyi planlaşdırər.

Bu proses sentyabrın sonuna qədər mərhələli şəkildə həyata keçiriləcək və ümumilikdə 700-ə yaxın işçini əhatə edəcək.

Şirkət rəhbərliyi ixtisar qərarını üç əsas transformasiya proqramı ilə izah edib. Bildirilib ki, mövcud resurslar əsasən süni intellekt yönümlü layihələrdə çalışan və yeni texnologiyaların iş proseslərinə inteqrasiyasına töhfə verən əməkdaşlara yönəldiləcək.

Eyni zamanda “Pinterest” gələcək strategiyasında süni intellekt əsasında formalaşan məhsul və həllərə prioritet verməyi qarşısına məqsəd qoyub. Rəhbərlik hesab edir ki, işçi sayının azaldılması satış modelinin yenilənməsini də sürətləndirəcək.

Qeyd olunur ki, aparılacaq yenidənqurma prosesi şirkətə təxminən 35–45 milyon dollar xərc yaradacaq.

Избранный
9
kulis.az

1Источники