RU

Ağ Evdə Tramp və Putinin şəkli asılıb

Siyasətçilərin birgə fotosunun göründüyünü görən jurnalist Elizabet Landers, onun Trampın nəvəsi ilə çəkdirdiyi fotonun yanında asılı olduğunu qeyd edib.

QHT.az xəbər verir ki, jurnalist Elizabeth Landers X sosial şəbəkəsində bildirib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin birgə fotosu Ağ Evin Qərb qanadı ilə iqamətgahı birləşdirən foyedə asılıb. Onun sözlərinə görə, foto ötən il Alyaskada keçirilən sammit zamanı çəkilib. Landers qeyd edib ki, bu şəkilin altında Trampın nəvəsi ilə çəkilmiş başqa bir foto da yerləşir və o, Putinin və Trampın fotosunu paylaşaraq məlumatı təsdiqləyib.

 

Ağ

Tramp və Putinin Ağ Evdəki şəkli 

 

Xatırladaq ki, Alyaska sammiti 15 avqust 2025-ci ildə keçirilib və əsas mövzusu Ukraynadakı müharibə olub. Görüş zamanı tərəflər dostluq nümayiş etdirsələr də, müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunmayıb.

 

 

Избранный
9
qht.az

1Источники