İsrailə məxsus təyyarənin Suriyanın cənub-qərbindəki Kuneytra kənd təsərrüfatı ərazilərinə tərkibi naməlum olan maddələr püskürtdüyü bildirilib.
“Unikal” xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat dərc edib.
Qeyd olunur ki, hadisə Ebu Mazra ferması və El-Hanut kəndi yaxınlığındakı əkin sahələrində baş verib. Oxşar hallar daha əvvəl El-Rafid bölgəsində də qeydə alınıb.
Kuneytra kənd təsərrüfatı və meşə idarələri ərazilərdən nümunələr götürüb və analiz nəticələri açıqlanana qədər fermerlərə və heyvan sahiblərinə sahələrə yaxınlaşmamaq və otlaq kimi istifadə etməmək barədə xəbərdarlıq edib.
Ayxanım Məlikova