RU

Gözəllik salonunda tərk edilən azyaşlılar danışdı -VİDEO


"Nənə və babam bizə sahib çıxmadı, anam isə gözəllik mərkəzlərinin birində qoyub getdi”.

Medicina.az xəbər verir ki, bu sözləri anası tərəfindən gözəllik mərkəzində tərk edilən və bacısı ilə birlikdə sığınacağa yerləşdirilən 9 yaşlı Əli deyib.

Azyaşlının sözlərinə görə, anası narkotik asılılığından əziyyət çəkir və onları da bir neçə gün öncə müalicə alacağı vədi ilə tərk edib. O bildirib ki, babası və ögey nənəsi onlara baxmaqdan imtina edib.

Onların yerləşdirildiyi “Mehriban Qadın və Uşaq sığınacağı”ndan qeyd edilib ki, bu uşaqlar təhsildən də yayındırılıblar.

Vurğulanıb ki, uşaqlarda fiziki zorakılıq əlamətlərinə rast gəlinməsə də, onlara hazırda psixoloji dəstək göstərilir.

“Azyaşlıların sağlamlığı yoxlanıldıqdan sonra müvafiq sənədlər toplanılacaq və onlar təhsil müəssisəsinə yerləşdiriləcəklər”.

Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:




Избранный
26
2
medicina.az

3Источники