Finlandiyada 30 ildir fərdi evlərdən birinin dondurucu kamerasında saxlanılan kişinin və qadının cəsədləri dəfn edilib. Bu barədə Finlandiyanın "Yle" telekanalı məlumat verib.
Hafta.az xəbər verir ki, cəsədlər 80 yaşlı həkimin valideynlərinə məxsus olub. Kişi bildirib ki, birlikdə dəfn olunmaq istəyən valideynlərinin son istəklərini yerinə yetirir. O həmçinin qeyd edib ki, gələcəkdə özünün və qardaşının da eyni məzarda dəfn edilməsini arzulayır.
Təqaüdçü ailə məzarlığının yaradılması üçün rəsmi müraciət edib.
1994 və 1995-ci illərdə vəfat edən kişi və qadının cəsədləri 2024-cü ilin sentyabrında aşkar edilib. Evin sahibi sonradan cəsədləri təhqir etməkdə ittiham olunub. Hakimiyyət orqanları cəsədlərin basdırılması barədə tapşırıq versə də, mərhumun oğlu bu qərara etiraz edib və ailəvi dəfn mərasimi təşkil etmək üçün vaxt istəyib. Nəticədə cəsədlər Finlandiyanın cənub-qərbindəki Turku şəhərindəki qəbiristanlıqda dəfn edilib.